NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə kəndin ailə təsərrüfatçılarının iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə kiçik emal sahələrinin yaradılması məqsədilə görüləcək tədbirlər müzakirə olunub, bunun üçün sakinlərə Ağbulaq kəndində uyğunlaşdırılmış binalarda yerlər təklif olunub. Diqqətə çatdırılıb ki, kənddə emal sahələrinin yaradılması və təsərrüfatların genişləndirilməsi məqsədilə dövlət tərəfindən onlara hərtərəfli dəstək göstəriləcək. Belə ki, güzəştli kreditlər ayrılacaq və xaricdən gətirilməsi nəzərdə tutulan avadanlıqlar dövlət rüsumlarından azad olunacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamına əsasən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması kənd sakinlərinin maddi rifah halının yüksəldilməsinə səbəb olub.
Kəndin artan turizm potensialı isə ailə təsərrüfatçıları üçün təsərrüfatlarını kiçik biznes subyektlərinə çevirmək fürsəti yaradıb.
Novruz Məmmədov