Muxtar respublikada istehsal olunan sənaye məhsullarının həcmi son 10 ildə 3 dəfə artıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, 2020-ci ildə muxtar respublikada sənayenin ümumi inkişafını əks etdirən əsas göstərici kimi 1 milyard 40 milyon 475 min 900 manat dəyərində məhsul istehsalı qeydə alınıb. Bu da 2010-cu ildəki müvafiq göstəricidən 3,3 dəfə çoxdur.

Ötən il istehsal edilən sənaye məhsulunun 6,6 faizi dövlət sektorunun, 93,4 faizi isə qeyri-dövlət sektorunun payına düşüb.

Qeyd edək ki, muxtar respublikada son dövrlər sənaye sahəsində həyata keçirilən ardıcıl tədbirlər, uğurlu investisiya siyasəti, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı yeni məhsul növlərinin istehsalını təmin edib, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, məşğulluq səviyyəsinin yüksəldilməsinə, ümumilikdə, iqtisadiyyatın bütün sahələrinin inkişafına yeni imkanlar yaradıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: