Bu barədə Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir. Belə ki, 2010-cu ildə ümumi daxili məhsulun sahə strukturunda sənayenin payı 18,3 faiz təşkil edib və sıralamada 3-cü yerdə olub. Ötən ildə isə ümumi daxili məhsulun sahə strukturunda sənaye 27,6 faizlik payla ilk yerdə təmsil olunub.
2020-ci ildə hər bir nəfərə düşən sənaye məhsulu isə 2010-cu ildəki göstəricidən 2,9 dəfə çox artaraq 2259,1 manat təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə sənaye məhsullarının 93,5 faizi emal sənayesində istehsal olunub. Ötən il bu sahədə qeydə alınan rəqəm isə on il öncəsi ilə müqayisədə 3,5 dəfə çoxdur. Emal sənayesi kənd təsərrüfatından və mədənçıxarma sənayesindən əldə edilən məhsulların işlənildiyi və istifadəyə hazır vəziyyətə gətirildiyi sahə olub məşğulluğun təmin edilməsində mühüm yer tutur.