2020-ci ildə Naxçıvanda bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 18 milyon 561 min manat kredit verilib
NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, bu da 2010-cu ildəki göstəricidən 2,6 dəfə çoxdur.
Muxtar respublikada yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsini təmin edib, 2020-ci ildə 325 milyon 362 min 200 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.
Bundan əlavə, 2020-ci ildə sənaye sahəsində 16913 nəfər işçi çalışıb, bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 431,8 manat təşkil edib.
Qeyd edək ki, muxtar respublikada mikro və kiçik sahibkarlıq subyektlərinin yaradılmasının dəstəklənməsi istiqamətində “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası istehsal və emal fəaliyyəti ilə məşğul olan ailə təsərrüfatlarının sayının, eləcə də onların istehsal etdikləri məhsulların növ və çeşidlərinin artımına müsbət təsir göstərib.