Ötən il Naxçıvanda 63 min 405 hektar sahədə əkin aparılıb

A- A A+

Muxtar respublikada davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub.

Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, görülən məqsədyönlü işlərin nəticəsidir ki, ötən il 537 milyon 584 min manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 103 milyon 158 min ABŞ dollarından çox məhsul ixrac olunub. 2020-ci ildə muxtar respublikada 63 min 405 hektar sahədə əkin aparılıb.

Qeyd edək ki, son illərdə muxtar respublikada qəbul edilmiş 2005-2010-cu illəri əhatə edən kartofçuluğun inkişafı üzrə, 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair və 2012-2015-ci və 2016-2020-ci illəri əhatə edən meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarının icrası kənd təsərrüfatı sahəsinin dinamik inkişafına təkan verib, ərzaq təhlükəsizliyinin təmin edilməsinə şərait yaradıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: