İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, muxtar respublikada daxili bazarın daha keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatında və bu istiqamətdə idxaldan asılılığın azaldılmasında ailə təsərrüfatlarının müstəsna rolu var. Sahibkarlığın İnkişafı Fondu tərəfindən onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün 2020-ci ildə 49 ailə təsərrüfatına 604 min manata yaxın dövlət maliyyə dəstəyi göstərilib, ailə təsərrüfatları 8 mindən çox tara ilə təmin olunubdur.
Həmçinin istehsal edilmiş məhsulların keyfiyyətinə nəzarətin və ixracının təmin edilməsi məqsədilə ötən il Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 557 halda məhsullarda laboratoriya analizləri aparılıb, məhsulların standartlara uyğun markalanması təmin edilibdir.