Şərurda 900 hektara yaxın sahədə qarğıdalı əkilib

A- A A+

Hər il olduğu kimi, bu il də Şərur rayonunun torpaq mülkiyyətçiləri qarğıdalı əkininə üstünlük verib. NUHÇIXAN xəbər verir ki, bu bitki növü 900 hektara yaxın sahədə əkilib. Torpaq mülkiyyətçiləri bu il məhsuldarlığın daha yüksək olacağını gözləyirlər.

Qarğıdalı əkinlərinə düzgün aqrotexniki qulluq göstərməklə daha çox məhsul götürmək olar. Bu məqsədlə muxtar respublikaya müasir standartlara cavab verən texnikaların gətirilməsi bitkinin əkin və biçinini asanlaşdırıb. 

Qeyd edək ki, qarğıdalının  xalq təsərrüfatında istifadə istiqamətləri çoxşaxəlidir. Onun dənindən un, yarma və konserv, yəni şəkərli qarğıdalı  hazırlanır.  Sənayedə isə qarğıdalı dənindən nişasta, etil spirti, şəkər, bal, yağ və bir sıra vitamin, eyni zamanda turşular istehsal edilir. 

Şərur rayonunun kəndlərində əkilən qarğıdalı bitkisinin daxili bazarın tələbatını ödəməklə yanaşı, Bakı şəhəri və ölkə xaricinə də ixrac olunması nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: