Bu ilin ilk rübündə muxtar respublikada sahibkarlara 8 milyon 555 min 200 manat kredit verilib

A- A A+

Bu barədə Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir. Belə ki,
2021-ci ilin ilk rübündə muxtar respublikada sahibkarlara 8 milyon 555 min 200 manat kredit verilib. Verilmiş kreditin 4 milyon 680 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 3 milyon 875 min 200 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.

Qeyd edək ki, ötən rüb ərzində 13 hüquqi və 677 fiziki şəxs qeydiyyata alınıb. Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: