Mühasiblər üçün təşkil olunan növbəti təlim başa çatdı - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən "Büdcə və əmək qanunvericiliyi" mövzusunda təkmilləşdirici iki günlük təlim keçirilib.
Təlimə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili, Naxçıvan Muxtar Respublikası Ədliyyə, Kənd Təsərrüfatı nazirlikləri, Naxçvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və digər büdcə təşkilatlarından 12 mühasibat işçisi dəvət olunub. İki gin ərzində keçirilən təlimin məqsədi mühasibatlıq sahəsində fəaliyyət göstərən işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Təlimin ilk günü Nazirliyin Büdcə şöbəsinin əməkdaşı Ramil Hüseynovun "Büdcə sistemi və vahid büdcə təsnifatının mahiyyəti" modulu ilə bağlı əsas anlayışların izahını verib, Azərbaycan Respublikasının büdcə sistemi, məqsədli büdcə fondları, ehtiyat fondlar və digər mövzularla bağlı məlumatları diqqətə çatdırıb. Təlimdə praktik tapşırıqları yerinə yetirən iştirakçılar test mərhələsindən keçiblər.
Təlimin növbəti günü "Əmək qanunvericiliyinin əsasları" adlı mövzu ətrafında Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova iştirakçılara malumat verib.
Sonda təlim iştirakçılarının peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və yekun nəticədə müvəffəqiyyət qazanan dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.
Mahmud Hüseynov