AZAL Londona reysləri iyundan başlayaraq yerinə yetirəcək

A- A A+

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir.

Aviaşirkətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu, qeyd edilən istiqamətdə uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədardır.

Daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulmuşdu.

Həmin reyslərə aviabiletlər alan sərnişinlər aviabiletləri başqa tarixə dəyişə və ya cərimə tətbiq edilmədən geri qaytara bilər.

Aviabiletlər “www.azal.az” saytında onlayn alındığı təqdirdə “[email protected]” elektron poçtu vasitəsilə aviaşirkətin Çağrı mərkəzinə, yaxud aviabiletin alındığı kassaya müraciət etmənizi xahiş edirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: