AZAL Bakı-Mineralnıye Vodı-Bakı istiqaməti üzrə xüsusi reyslərə başlayır

A- A A+

“Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiya Federasiyasının digər bir şəhərinə – Mineralnıye Vodıya aviabilet satışına başlayır.

QSC-nin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

Hazırda AZAL Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir. Aviaşirkət COVID-19 pandemiyası ilə əlaqədar olaraq sağlamlığın qorunması üçün bütün zəruri tədbirləri görür, aviadaşıyıcının reysləri hökumətin tövsiyələrinə uyğun olaraq həyata keçirilir.

Beləliklə, Bakı-Mineralnıye Vodı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə Rusiya Federasiyası ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib: https://www.azal.az/az/information/covid-russia

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib: https://www.azal.az/az/information/covid-clinics

Mineralnıye Vodı-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:

- Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında aşağıdakı link üzrə qeyd edilib: https://www.azal.az/az/information/covid-azerbaijan

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində, həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamətin sərnişinləri:

- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmalıdırlar;

- pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar: https://youtu.be/-s-0s4o1L2M

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: