"Chrome"un Azərbaycanın internet bazarında payı artıb

A- A A+

2021-ci ilin aprelində Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı mart ayı ilə müqayisədə 0,06 faiz artıb.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 77,81 faiz təşkil edib.

“Safari” brauzerinin aprel ayında payı martla müqayisədə 0,39 faiz artaraq 10,41 faiz təşkil edib.

“Samsung Internet” brauzerinin payı 0,32 faiz azalaraq 4,4 faizə bərabər olub.

Eyni zamanda, aprel ayında “Opera” brauzerinin internet bazarında payı 0,12 faiz azalaraq 3,91 faiz təşkil edib.

“Yandex Browser” brauzerinin payı 0,05 faiz artaraq 1,32 faiz, "Microsoft Edge"in payı 0,93 faiz, "Mozilla Firefox"un payı 0,79 faiz təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: