"Facebook" şirkətinə məxsus eyniadlı və "İnstagram" sosial şəbəkələrinin işində bir sıra ölkədə qüsurlar müşahidə edilir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə populyar internet resurslarında problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, texniki qüsurlar əsasən ABŞ, Britaniya, Almaniya, Polşa və digər ölkələrdə qeydə alınıb.
İstifadəçilər əsasən hesablarına giriş, şəkilləri yükləmə və lentə baxışda problemlərlə üzləşir. "İnstagram" sosial şəbəkəsindən şikayətlər isə əsasən saytın işi və xəbər lentinin yüklənməsi ilə bağlıdır.