Rusiyanın “Ural Hava Yolları” şirkəti ölkənin 7 şəhərindən Bakıya birbaşa uçuşlara başlayır.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtına birbaşa uçuşlar 29 maydan Krasnoyarsk, Omsk, Novosibirsk və Nijni Novqoroddan, 31 maydan Perm və Mineralnıye Vodıdan, 4 iyundan etibarən Samaradan həyata keçiriləcək.
Xatırladaq ki, hazırda “Ural Hava Yolları” yalnız Yekaterinburqdan Bakıya hər həftənin cümə axşamı aviareyslər reallaşdırır.