Dünya Bankı Azərbaycanda yolların inkişafı üzrə layihəyə 65 milyon ABŞ dolları kredit ayırıb.
NUHÇIXAN İnformasiya Agentliyi banka istinadla xəbər verir ki, mayın 20-də Dünya Bankının Direktorlar Şurası “Regional əlaqələr və inkişaf” adlı yol layihəsini müzakirə edib və Azərbaycana 65 milyon dollar kreditin ayrılmasını təsdiqləyib. Layihə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısı təmin edəcək və bazara çıxışı yaxşılaşdıracaq.
Dünya Bankının Azərbaycan ofisinin rəhbəri Sara Maykl deyib ki, bu layihə Azərbaycanın milli inkişaf prioritetlərinə çatmasına kömək edəcək.