Muxtar respublikada Dövlət Proqramlarının uğurlu icrası və aqrar sektorun dayanıqlı inkişafı

A- A A+

Kənd təsərrüfatı iqtisadi inkişafın əsas hərəkətverici sahəsi olmaqla yanaşı, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca şərtdir. Ona görə də muxtar respublikada bu istiqamətdə kompleks tədbirlər görülür, mütərəqqi metodlar tətbiq edilir, meyvəçiliyin inkişafına diqqət artırılır. Qəbul olunmuş dövlət proqramlarında bu məsələnin xüsusilə diqqətdə saxlanılması qarşıya yeni vəzifələr qoyur.

Muxtar respublikada son dövrlər qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası, keyfiyyətli toxum növlərinin istehsalı, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi aqrar sahənin əsasını təşkil edən bitkiçilik məhsullarının istehsalında davamlı artımı təmin edibdir.

Sosial inkişaf sahəsində qəbul edilmiş dövlət proqramlarının uğurla icrası muxtar respublika iqtisadiyyatının daha da güclənməsini, makroiqtisadi göstəricilərin bütün parametrləri üzrə inkişaf dinamikasının qorunub saxlanmasını təmin edibdir. İqtisadi inkişafın əsas göstəricisi sayılan ümumi daxili məhsulun həcmi birinci proqramın qəbul edildiyi 2004-cü illə müqayisədə 12 dəfə artaraq 2 milyard 773 milyon 20 min manatdan çox olubdur.

Ümumi daxili məhsulda maddi istehsal sektorunun xüsusi çəkisinin 60%-ə yaxın olması isə sabit iqtisadi artımın daha bir göstəricisidir.

Aparılmış təhlillər və formalaşmış əlverişli iqtisadi mühit muxtar respublikada mövcud olan bütün resurslardan səmərəli istifadənin təşkili, investisiya qoyuluşlarının artırılması, sosial infrastruktur təminatının gücləndirilməsi, yeni istehsal və xidmət sahələrinin, iş yerlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair IV Dövlət Proqramının olunması zərurətini yaradıbdır.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, 2020-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 153 milyon 793 min 500 manat məbləğində kreditlər verilibdir ki, bu da bir il öncəki göstəricidən 1,4 dəfə çoxdur. Verilmiş kreditlərin 16 milyon 205 min 600 manat və yaxud 10,5 % qısamüddətli, 137 milyon 587 min 900 manatı və yaxud 89,5 % uzunmüddətli kreditlər olubdur.

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal münasibətlərinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır.

Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2020-ci ilin yanvar-oktyabr aylarında 386 milyon 846 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıbdır. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 334 milyon 49 min ABŞ dolları təşkil edib, 281 milyon 251 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranıbdır.

Kənd təsərrüfatı iqtisadi inkişafın əsas hərəkətverici sahəsi olmaqla yanaşı, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca şərtdir. Ona görə də muxtar respublikada bu istiqamətdə kompleks tədbirlər görülür, mütərəqqi metodlar tətbiq edilir, meyvəçiliyin inkişafına diqqət artırılır. Qəbul olunmuş dövlət proqramlarında bu məsələnin xüsusilə diqqətdə saxlanılması qarşıya yeni vəzifələr qoyur. Ötən dövrdə muxtar respublika ərazisində 44,4 hektar sahədə yeni meyvə bağları salınıb, 47 min 176 müxtəlif növ meyvə tingləri, 6 min 675 üzüm kolu əkilibdir. Babək rayonunda bir hektar ərazidə salınmış üzüm bağının fəaliyyətinin stimullaşdırılması, Culfa rayonunda bir tingçilik sahəsinin yaradılması başa çatdırılıb, Şərur, Babək və Şahbuz rayonlarının hər birində bir bağçılıq təsərrüfatının yaradılması, Culfa rayonunda bağçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilibdir. Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Süni Mayalanma Mərkəzinin yaradılması davam etdirilibdir.

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 137 müxtəlif texnika və texnoloji avadanlıq alıbdır. Muxtar respublikanın kəndlərində kiçik həcmli emal müəssisələrinin yaradılması məqsədilə 7 layihəyə, ümumilikdə 58 min manat həcmində dövlət maliyyə dəstəyi göstəribdir. Kənd təsərrüfatı məhsullarının markalanması məqsədilə 7 ailə təsərrüfatına müvafiq köməklik göstərilibdir.  

Muxtar respublikada son dövrlər qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası, keyfiyyətli toxum növlərinin istehsalı, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi aqrar sahənin əsasını təşkil edən bitkiçilik məhsullarının istehsalında davamlı artımı təmin edibdir.

Aqrar sahədə nəzərdə tutulan xidməti işlərin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onların müasir texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin edilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 177-si 2020-ci ilin yanvar-may aylarında olmaqla, cəmi 2916 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilibdir.

Muxtar respublikada keyfiyyətli toxum istehsalının yaradılması diqqətdə saxlanılıb, cari ilin ötən dövründə “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən qurulubdur. Cəmiyyətin istifadəsində 90-a yaxın texnika, 2 min hektara yaxın torpaq sahəsi, anbarlar, qarışıq yem istehsalı sahəsi və satış mərkəzi mövcuddur ki, bütün bunlar keyfiyyətli və tələbata uyğun toxum sortlarının istehsalına və satışına, daxili tələbatın ödənilməsinə geniş imkanlar yaratmaqdadır.

Bitkiçilik sahəsində görülən işlərin əhəmiyyətini qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyibdir: “Ərzaq təhlükəsizliyinin təmin olunması üçün, ilk növbədə, şərait yaradılmalı, torpaqlardan səmərəli istifadə olunmalı, texnika və toxum təminatı həyata keçirilməlidir”.

Torpaq sahələrinin əkin dövriyyəsinə qatılması prosesinin uğurla davam etdirilməsi tələbatın yerli məhsullar hesabına ödənilməsinə, səmərəli məşğulluğun təmin olunmasına, ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik və davamlı inkişafına yeni imkanlar yaradır.

 

Nuriyyə İbrahimova

Naxçıvan Dövlət Universiteti

Mühasibat uçotu və maliyyə kafedrası.

İqtisad üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: