Nağdsız ödənişlərin üstünlükləri müzakirə olunub

A- A A+

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Xidmət  və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rəqəmsal ödəniş sisteminin əhəmiyyətindən bəhs edilib.

Diqqətə çatdırılıb ki, 1 may 2021-ci il tarixə muxtar respublikada 1446 ədəd POS-terminal aparatı, 115 bankomat və 95 ədəd ödəniş terminalı quraşdırılıb, ödəniş kartlarının sayı 272579 ədəd təşkil edib. Cari ilin dörd ayında muxtar respublika üzrə POS- terminal aparatı, internet və digər ödəniş vasitələrilə 37 milyon 345 min manat nağdsız əməliyyat həyata keçirilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 765 min manat artıq olub. Aparılan nağdsız ödənişləri 11 milyon 915 min manatı POS-terminallar, 25 milyon 430 min manatı isə internet və digər ödəniş vasitəsilə həyata keçirilib. Muxtar respublika internet ödəniş vasitələrinə əlçatanlığı daha da rahat təmin etmək məqsədilə “Naxçıvanbank” ASC-yə məxsus ödəniş kartları üçün “CİB”, Beynəlxalq bank ASC-yə məxsus ödəniş kartları üçün “İBO-mobile”, Kapitalbank ASC-yə məxsus ödəniş karları üçün isə “BİRBANK” mobil tətbiqləri sakinlərin istifadəsinə verilib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: