“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”na və domen adlarının reyestrinə daxil edilən məlumatların siyahısına dəyişiklik edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 2021-ci il 24 may tarixli Qərar imzalayıb.
Qərara əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilərək həmin qərarda “domen adlarının milli inzibatçısı” anlayışı verilib, domen adlarının milli inzibatçısı tərəfindən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatına və onlara texniki xidmət göstərilməsinə görə ödənişin məbləğlərinin aidiyyəti dövlət orqanı ilə razılaşdırılmasına dair müddəalar əlavə edilib.