Milli Məclis Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda müzakirə edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin mayın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi 2020-ci ildə Azərbaycanda formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsini, dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclərin, habelə dövlət proqramlarının icra göstəriciləri, il ərzində dövlət borclanmasına və borclara xidmətə dair vəziyyəti, ehtiyat və məqsədli büdcə fondlarının vəsaitindən istifadə haqqında məlumatlari özündə əks etdirir.
Qanun layihəsinin 3-cü maddəsinə uyğun olaraq ilin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür.