Sahibkarlıq fəaliyyəti ilə bağlı növbəti seminar keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində baş tutan seminar-treninqdə sahibkarlığın  idarə olunmasında mühasibat uçotu informasiyalarının əhəmiyyətindən danışılıb.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar RespublikasıSahibkarlar Konfederasiyasının təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin dəstəyi ilə keçirilən tədbirdə qeyd olunub ki, bu informasiyaların əks olunduğu maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması və tətbiqi baza əməliyyatları səviyyəsində məlumat açıqlanmasını tələb etməklə şəffaflığın artırılmasına çox böyük təsir göstərir, müəssisələrin beynəlxalq bazarlara çıxışını təmin edir, həm uçot, həm də biznes proseslərinin yenilənməsi və təkmilləşdirilməsinə gətirib çıxarır. Seminar-treninqin keçirilməsində məqsəd kommersiya təşkilatlarında Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqinin əsas istiqamətləri ilə bağlı maarifləndirmə işi aparmaqdır.

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının aparat rəhbəri Azər Cəfərov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hər il ənənəvi olaraq sahibkarlarla görüş keçirir, onların fəaliyyəti ilə maraqlanır. Bu da qarşıya qoyulan vəzifə və tapşırıqların istiqamətini müəyyənləşdirir.

Sonra mövzuyla bağlı çıxışlar dinlənilib.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: