Bu barədə Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Xidmət və onun yerli vergi qurumları tərəfindən may ayında da muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 3 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 1 vergi ödəyicisində uçot məlumatlarında olan dəyişikliklərlə bağlı məlumatın verilməməsi faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 2 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb, nəticədə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib.