Bakıdan Antalyaya uçan təyyarə mühərrikə quş düşdüyü üçün havaya qalxmayıb

A- A A+

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan Airbus A320 təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.

"Azərbaycan Hava Yolları" QSC-dən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib.

Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.

Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: