Hüquq-mühafizə orqanlarında çalışan 12 mühasib təlimə cəlb olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hüquq-mühafizə orqanlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə “Büdcə təşkilatlarında uçot və hesabat” adlı təlim keçirilib.
Təlimə Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi və Ali Məhkəmədə çalışan 12 mütəxəssis cəlb olunub.
Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, dörd moduldan ibarət olan təlimin keçirilməsində məqsəd hüquq-mühafizə orqanlarında maliyyə-mühasibat işinin Beynəlxalq Mühasibat Uçotu Standartlarına əsasən aparılması, maliyyə hesabatlarının hazırlanması ilə bağlı biliklərin artırılması və daha da təkmilləşdirilməsindən ibarətdir.