Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikada 2021-ci ilin yanvar-may aylarında 1 milyard 24 milyon 906 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 2218,9 manata çatıb.
Qeyd edək ki, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə istehsal edilən məhsullarda da artım hiss olunur. Belə ki, bu il 459 milyon 458 min 500 manat dəyərində məhsul istehsal edilib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.