Bu il muxtar respublikada 59 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2021-ci ilin yanvar-may aylarında 59 milyon 320 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.

Həmçinin sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunub.

Qeyd edək ki, hazır­da muxtar respublikada  əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: