Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyası ilə Ukraynanın Poltava Ticarət və Sənaye Palatası arasında memorandum imzalanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan və Ukrayna arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək məqsədilə yaradılan Ukrayna-Azərbaycan İşgüzar Şurasının Bakıda keçirilən ilk iclasında Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov Poltava Ticarət və Sənaye Palatası ilə memorandum imzalayıb.

Aparılan müzakirələrdə Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib ki, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, ticarət, investisiya və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi muxtar respublikamızın sosial iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.

Qeyd edək ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası iyunun 24-də KOBİA və Ukraynanın Ticarət və Sənaye Palatası arasında imzalanmış sazişə əsasən yaradılıb. Şurada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox iş adamı və dövlət qurumlarının nümayəndələri təmsil olunub. KOBİA-nın təşkilatçılığı ilə Bakıda keçirilən iclasda hər iki ölkənin dövlət qurumlarının nümayəndələri və iş adamları iştirak edib. Tədbir çərçivəsində, həmçinin AZPROMO ilə Ukraynanın Xarici İşlər Nazirliyi yanında İxracatçılar və İnvestorlar Şurası arasında əməkdaşlığa dair memorandum da imzalanıb.

Ukrayna-Azərbaycan İşgüzar Şurası kimi əməkdaşlıq platformaları iş adamları arasında səmərəli müzakirələrin aparılması, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi baxımından əlverişlidir.

İclas iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: