Türkiyə və Azərbaycan Naxçıvana təbii qaz boru kəmərinin çəkilməsinə başlamağa hazırlaşır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu "Anadolu" İnformasiya Agentliyinə müsahibəsində bu ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez deyib.
F.Dönməzin sözlərinə görə, artıq azərbaycanlı həmkarı ilə bu məqsədlə anlaşma memorandumu da imzalayıb:
“Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə anlaşma memorandumu imzaladıq. Azərbaycanın bəzi texniki məlumatları təsdiqlənməsini gözləyirik. Həmin təsdiqlər gələn kimi xəttin inşasına başlayacağıq.
Marşrutun müəyyən edilməsi, araşdırma, inventarlaşma, proqnozlaşdırma kimi hazırlıq işləri bitdi.
Ortaq bir layihə həyata keçiririk. Müqavilənin mətnindən fərqli bəzi texniki məlumatların bizimlə paylaşılması lazımdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu məlumatı verən kimi işlərə başlayacağıq", - nazir əlavə edib.