Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyədən Çinə növbəti ixrac konteyner blok qatarı yola düşüb

A- A A+

Türkiyənin Kösəköy stansiyasından Çinin Sian şəhərinə növbəti ixrac konteyner blok qatarı yola çıxıb. Blok qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir.

“ADY Konteyner” MMC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən konteyner qatarı Çinə sərinləşdirici içkilər daşıyır. Konteynerlər ölkəmizin ərazisinə çatdıqdan sonra Bakı Limanından Qazaxıstanın Aktau limanına göndəriləcək.

Konteynerlər Xəzər dənizini operatoru “ADY Konteyner” MMC olan fider gəmisi vasitəsilə aşacaq.

Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “Pasifik Eurasia Logistics”, “GR Logistics”, “ADY Konteyner” və “KTZ Express” şirkətləridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: