“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

A- A A+

OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) nazirlərinin iclası təxirə salınıb.

NUHÇIXAN İnformasiya Agentliyi OPEC-ə istinadla xəbər verir ki, “OPEC+” nazirlərinin 18-ci iclası videokonfransla iyulun 5-də keçiriləcək.

Qeyd edək ki, iyulun 1-də OPEC Konfransının 181-ci toplantısı videokonfrans formatında keçirilib. Həmin gün “OPEC+” nazirlərinin toplantısı olub. Lakin fikir ayrılıqları səbəbində neft hasilatına dair hər hansı qərar qəbul edilməyib.

Ekspertlər “OPEC+”un qarşıdakı dövr üçün neft hasilatını gündəlik 400-500 min barel artıracağını gözləyirlər.

Bəzi analitiklərin fikrincə isə fikir ayrılığı hasilatın ümumiyyətlə artırılmaması ilə də nəticələnə bilər. Yəni, koalisiya 2022-ci ilin aprelinədək hasilatı artırmaya bilər.

Xatırladaq ki, ötən ay keçirilən “OPEC+” nazirlərinin 17-ci videogörüşündə iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: