Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə kondisioner sistemində nasazlıq səbəbi ilə plandankənar eniş edib
Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus Airbus A319 təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.
AZAL-dan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.
Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.
Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcəkdir.