Naxçıvanda arıçılıq və quşçuluq təsərrüfatlarına verilən kreditlərin həcmi 24,9 faiz artıb - FOTOLAR

A- A A+

Bu ilin yanvar-may aylarında quşçuluğun və arıçılığın inkişafına, ümumilikdə, 346 min 400 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 24,9 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə muxtar respublikada bu ilin yanvar-may aylarında 1 quşçuluq təsərrüfatının yaradılması və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilib.

Bundan əlavə, arıçılığın inkişafı istiqamətində müvafiq tədbirlər görülüb, 6 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 3 arıçılıq təsərrüfatının yaradılması davam etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: