Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatda bildirilir ki, Xidmətin və onun yerli qurumları tərəfindən iyun ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə aparılan yoxlama və monitorinqlər zamanı 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 2 vergi ödəyicisinin isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınma ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb, nəticədə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib.