Muxtar respublikada iyun ayında 193 nəfərə əmək pensiyası təyin olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya  Agentliyinə bildirilib ki, müvafiq dövr ərzində "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranan 193 vətəndaşın 141-i yaşa görə, 12-si əlilliyə görə, 40-ı isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxan vətəndaşlar olub.

Fond ötən ay ərzində pensiya və müavinətlərin vaxtında ödənilməsi, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması, habelə pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulan qaydada təyinatı işlərinin icrasını da təmin edib. Belə ki, əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına ödəmələrin vaxtında maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib, pensiya ödənilməsinə 15 milyon 481 min manat, sosial müavinətlərin ödənilməsinə isə 254 min manat vəsait xərclənib. Təyin olunan əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib.

Hesabat ayında müvafiq orqan tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə Fondun xəzinə hesabına 9 milyon 412 min manat vəsait daxil olub. Ümumilikdə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 59,8 faizi məcburi dövlət sosial sığorta haqqı şəklində muxtar respublikada yığılıb.

Ötən ay, həmçinin 1 hüquqi şəxs və 209 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Fərdi uçot sistemi sahəsində də işlər davam etdirilib, 167 yeni əmək fəaliyyətinə başlayan sığortaolunana fərdi şəxsi hesab açılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: