Xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və həmişəyaşar ideyaları ilə qüdrətlənən ölkə iqtisadiyyatının hədəfi davamlı inkişafa və bu istiqamətdə məqsədləri qətiyyətlə gerçəkləşdirməkdir. Bu tədbirlər bütün regionlar kimi iqtisadi inkişafda hər zaman seçilən Naxçıvan Muxtar Respublikasının istehsal potensialının daha da güclənməsinə xidmət etməkdədir.Azərbaycanda iqtisadiyyatın sosiallaşma proseslərinə köklənməsi onun bu istiqamətdəki təsir imkanlarını da artırmışdır. Xüsusilə, əsas hədəf kimi müəyyənləşdirilən məqsədlər yerli istehsal hesabına daxili bazarın qorunması və artan tələbatların qarşılanması məsələlərini daha da stimullaşdırıb.
Sosial-iqtisadi sahələrdə səmərəli tənzimləmə siyasətinin həyata keçirilməsi, qanunvericiliklə müəyyən edilən təşəbbüslərin dəstəklənməsi, iqtisadi idarəetmənin ən çevik və aparıcı qüvvəsi olan sahibkarlıq fəaliyyətinin inkişafı muxtar respublikada istehsalın tələbat qarşısındakı dayanqılığını daha da artırıb. 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikasında istehsal edilən ərzaq və qeyri-ərzaq məhsullarından ibarət istehsal potensialının formalaşması bunu bir daha sübut edir. Bunu aşağıdakı şəklin məlumatlarından da görmək olar:
Naxçıvan Muxtar Respublikasında ümumi məhsul növlərinin istehsalı haqqında məlumat (növ)
Təhlillər göstərir ki, muxtar respublikada son 10 ildə ümumi ərzaq məhsullarının istehsal həcmi 1,3 dəfə artıb. Bu artım dinamikası ümumi qeyri-ərzaq məhsullarının istehsal həcmində 1,7 dəfə, bütün növlər üzrə istehsal olunan məhsulların istehsal həcmində 1,5 dəfə təşkil edib.
Naxçıvan Muxtar Respublikasında ümumi məhsul növləri istehsalının artması haqqında məlumat (dəfə)
Bu potensial eyni zamanda özündə ölkə iqtisadiyyatının prioritetlərinə aid olmaqla, bir sıra strateji xüsusiyyətləri də daşımaqdadır. Bu da məhz:- regionların istehsal gücünün artırılması və bu sahədə davam edən islahatların perspektivliyinin diqqətdə saxlanılması ilə;
- ölkə iqtisadiyyatındakı yaradıcı təşəbbüslərin dayanıqlı bazasının daha da gücləndirilməsinə dəstəklə;
- səmərəli regional iqtisadi siyasətin məhsuldarlığa söykənən nəticələri ilə;
- ardıcıl dövlət proqramlarının icrası fonunda səmərəli məşğulluq siyasətinin müəyyənləşdirilməsilə;
- təbii ki, blokadanın təhdidləri və təsirlərinin minimuma endirilməsilə daha da aktuallaşmaqdadır.
Sadalananların hər birini özündə dolğun əks etdirən sosial-iqtisadi inkişafındakı göstəricilərin əsas xüsusiyyətləri kimi yerli imkanlar hesabına istehsalın fasiləsizliyini, davamlılığını və təşəkkülünü qeyd edə bilərik.Bunu aşağıdakı şəklin məlumatları da göstərməkdədir:
Naxçıvan Muxtar Respublikasında daxili imkanlar hesabına istehsal olunan məhsul növləri haqqında məlumat (növ)
Şəkildən də göründüyü kimi muxtar respublikada yerli imkanlar hesabına istehsalın təşkili və idarə olunması istiqamətində mühüm potensial mövcuddur və bu, strateji mahiyyət kəsb edir. Muxtar respublikada sosiallaşan iqtisadiyyat üçün resurs bolluğu var. 2008-2018-ci illər üzrə artım dinamikasının müqayisəsini aparanda aydın olur ki, yerli imkanlar hesabına ərzaq məhsullarının istehsalı 1,3 dəfə, qeyri-ərzaq məhsullarının istehsalı 1,7 dəfə, bütün növlər üzrə məhsul istehsalının həcmi isə 1,6 dəfə artıb.Bu dinamika bir daha göstərir ki, dünyada cərəyan edən siyasi, iqtisadi, hərbi sahələr də daxil olmaqla, çox istiqamətli böhranlar ölkəmizin sosial-iqtisadi inkişafına öz neqativ təsirlərini göstərə bilməyib və bu gücdə muxtar respublikamızın da böyük istehsal təsiri hesabına formalaşan təkmil regional iqtisadi siyasətinin yüksək əhəmiyyəti vardır.
Beləliklə, Naxçıvan Muxtar Respublikasında milli iqtisadiyyatın perspektivləri üçün yüksək səviyyədə addımlar atılır. Sosiallaşma proseslərinin səmərəli təşkilində, iqtisadi dayanıqlığın və müqavimət gücünün artırılmasında çox mühüm əhamiyyətə malik olan bu proseslər güclü istehsal potensialının formalaşdırılmasında olduqca zəruridir.
Cavadxan Qasımov
İqtisad üzrə fəlsəfə doktoru, dosent