Hazırda rayonun Araz kəndində kənd və xidmət mərkəzləri, məktəb binası tikilir. 88 şagird yerlik olacaq təhsil ocağında tikinti işlərinin yeni tədris ilinin başlamasına qədər yekunlaşdırılması nəzərdə tutulub. Həmçinin ötən ildən başlayaraq kənddə içməli su və kanalizasiya sistemlərinin çəkilişi də həyata keçirilir.
Rayonun ucqar dağ kəndlərindən olan Göynükdə müasir layihə əsasında məktəb, kənd və xidmət mərkəzləri inşa olunacaq, yollar abadlaşdırılacaq.
Sirab kəndində isə 960 yerlik, 4 mərtəbəli müasir məktəb binası tikilir. Qeyd edək ki, rayonun Cəhri qəsəbəsindəki tarixi məscid də müasir layihə əsasında yenidən inşa olunur. Məscidin 19 metr hündürlüyündə minarəsi olacaq.
“Şərqin səhəri” qəzeti