Babək rayonunda yol-nəqliyyat infrasturukturu yenilənir - FOTOLAR

A- A A+

Muxtar respublikada aparılan yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi Babək rayonunda da uğurla davam etdirilir. İndi rayonun ən ucqar dağ və sərhəd kəndlərinə qədər uzanan rahat yol-nəqliyyat infrastrukturu yaradılıb.

Cari ilin ötən dövrü ərzində rayon Yol-Təmir İstismar İdarəsi tərəfindən kənddaxili və kəndlərarası avtomobil yollarında təmir işləri aparılıb. 2021-ci ilin ötən 6 ayı ərzində rayonun Babək şəhərinin daxili yolları abadlaşdırılıb, 38,5 kilometr yola çınqıl qatı verilib.

Qeyd edək ki, rayonun Nehrəm və Cəhri qəsəbələrinin, Hacıvar, Nəzərabad, Xəlilli, Şıxmahmud, Xal-xal, Vayxır, Qahab, Nəhəcir, Naxışnərgiz kəndlərinin daxili yollarında, Babək-Nehrəm, Cəhri-Aşağı Buzqov, Aşağı Uzunoba-Yuxarı Uzunoba, Didivar, Xəlilli-Şıxmahmud, Xalxal-Vayxır kəndlərarası avtomobil yollarında da təmir işləri aparılır.

                                                                       “Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: