Naxçıvanda bir nəfərə düşən ümumi daxili məhsul artıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu ilin ilk yarım ilində inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 1 milyard 328 milyon 275 min manat olub.  Bu da bir il öncəki göstəricidən 0,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 faiz artaraq 2875,7 manat olub.

Qeyd edək ki, ümumi daxili məhsulun tərkibində ilk yeri  30,2 faizlik payla sənaye sahəsi tutur və maddi istehsalın payı 58 faiz təşkil edib.

Ötən illə müqayisədə 2021-ci ilin ilk yarım ilində sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,4 faiz, kənd təsərrüfatı məhsulu 3 faiz, nəqliyyat sektorunda yük daşınması 0,3 faiz, informasiya və rabitə xidmətləri 8,2 faiz artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: