Muxtar respublikada bu ilin ötən altı ayında yeni sənaye müəssisələrinin yaradılması sənayeləşmə prosesini daha da sürətləndirib, dinamik inkişaf qorunub saxlanılıb.
Bu barədə Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə qeyd olunub ki, 2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 572 milyon 248 min manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu da bir il öncəki göstəricini 1 faiz üstələyib.
Sənaye məhsulu istehsalının 94,8 faizi malların, 5,2 faizi isə xidmətlərin payına düşüb.
İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,8 faiz təşkil edir. Bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.