Naxçıvanda kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə verilən kreditin həcmi 55,3 faiz artıb
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ilin ilk yarım ilində kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 8 milyon 691 min 600 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 55,3 faiz çoxdur.
Bu il bir il öncəyə nisbətən 3 faiz çox, yəni 145 milyon 683 min 700 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Qeyd edək ki, muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması və kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilib.