Muxtar respublikada əkin dövriyyəsi artıb

A- A A+

Muxtar respublikada müasir meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, əkin dövriyyəsinə yeni torpaqların qatılması, keyfiyyətli toxum növlərinin istehsalı, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi ərzaq təhlükəsizliyinin təmin olunmasına, ümumilikdə, kənd təsərrüfatının inkişafına yeni imkanlar yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” görülən işlərin davamlılığını təmin etmişdir.

Cari ilin yanvar-iyun aylarında Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və boru xətlərinin, qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin, Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir.

Bundan əlavə, Naxçıvan şəhərində və Babək rayonunda Uzunoba Su Anbarı yaxınlığında hər birində bir subartezian quyusunun tikintisi başa çatdırılmışdır.

Ümumilikdə, cari ilin ilk yarım ilində muxtar respublikada 13620 poqonmetr məsafədə kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 408,3 hektar sahədə torpaqların meliorativ vəziyyətinin və 66,8 hektar sahədə isə torpaqların su təminatının yaxşılaşdırılması işləri aparılmışdır. Bu dövr ərzində 3100 poqonmetr məsafədə sel və daşqınlara qarşı mübarizə tədbirləri həyata keçirilmiş, yeni suvarılan torpaq sahələri 343,5 hektar təşkil etmişdir.
Həyata keçirilən tədbirlərin nəticəsi olaraq muxtar respublikada 2021-ci ilin məhsulu üçün ümumi əkin sahəsi 64 min 259 hektar təşkil etmişdir ki, bu da 2020-ci illə müqayisədə 854 hektar çoxdur.

Muxtar respublikada qəti əkinindinamikası, hektar

Ümumi əkin sahəsinin 31824 hektarını və ya 49,5 faizini payızlıq əkin, 26379 hektarını və ya 41,1 faizini yazlıq əkin, 6056 hektarını və ya 9,4 faizini əvvəlki illərin çoxillik otları təşkil edib.
2021-ci ilin məhsulu üçün qeydə alınmış əkin sahəsinin 33697 hektarını və ya 52,4 faizini dənli və dənli-paxlalılar (qarğıdalısız), 2150 hektarını və ya 3,3 faizini dən üçün qarğıdalı, 169 hektarını və ya 0,3 faizini dən üçün günəbaxan, 52,4 hektarını və ya 0,1 faizini tütün, 3470 hektarını və ya 5,4 faizini kartof, 6203 hektarını və ya 9,7 faizini tərəvəz, 2479 hektarını və ya 3,9 faizini bostan bitkiləri, 9982,6 hektarını və ya 15,5 faizini cari ilin çoxillik və birillik otları, 6056 hektarını və ya 9,4 faizini isə əvvəlki illərin çoxillik otları təşkil edib.

2021-ci ilin məhsulu üçün əkin sahələrinin strukturu

Ümumi əkin sahəsinin 2248 hektarı və ya 3,5 faizi Naxçıvan şəhərinin, 16234 hektarı və ya 25,3 faizi Şərur, 16172 hektarı və ya 25,2 faizi Babək, 3937 hektarı və ya 6,1 faizi Ordubad, 8213 hektarı və ya 12,8 faizi Culfa, 10158 hektarı və ya 15,8 faizi Kəngərli, 2769 hektarı və ya 4,3 faizi Şahbuz, 4528 hektarı və ya 7 faizi Sədərək rayonlarının payına düşüb.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 261-i 2021-ci ilin yanvar-iyun aylarında olmaqla, ümumilikdə, 3336 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2021-ci ilin yanvar-iyun aylarında 182 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 61 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 7542,3 ton mineral gübrə ilə təmin olunmuşdur.

Bitkiçilik sahəsində görülən işlərin əhəmiyyətini qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Ərzaq təhlükəsizliyinin təmin olunması üçün, ilk növbədə, şərait yaradılmalı, torpaqlardan səmərəli istifadə olunmalı, texnika və toxum təminatı həyata keçirilməlidir”.

Görülən işlər, həyata keçirilən tədbirlər bol məhsul istehsalı ilə yanaşı, həm də əhalinin məşğulluğunun təmin olunmasına geniş şərait yaradır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: