“Füzuli aeroportu beynəlxalq hava limanı olacaq və çəkisi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Füzulidə jurnalistlərə açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.
“Hava limanı payızda istifadəyə veriləcək. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır. Lakin laboratoriya yoxlanışı sınaq uçuşundan əvvəl - avqustun 25-də həyata keçiriləcək. Aeroport sərnişinləri bu ilin payızından sonra qəbul edə biləcək. Çünki terminal ərazisində işlər tamamlanmalıdır. Lakin uçuş-enmə zolaqları yaxın zamanlarda tam hazır olacaq və sınaq uçuşları yerinə yetiriləcək”, - deyə o, qeyd edib.