Ümumi uzunluğu 101 km olan “Zəfər Yolu”nun 60-70%-i hazırdır”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nümayəndəsi Fərid Yusubov deyib.
“Yol II texniki dərəcəyə uyğun olaraq tikilir. Burada hərəkət hissəsi 7 metr, torpaq yatağının eni isə 11-12 metrdir. Yol üzərində 168 ədəd su ötürücü boru, bundan əlavə yeraltı keçidlər quraşdırılıb. 4 ədəd körpünün tikintisi aparılır və yekunlaşmaq üzrədir. Yol boyu dağlıq ərazilərdən keçən 11 yerdə 423 ədəd istinad divarı tikilib. Bu da təhlükəsizliyi təmin edəcək. Yolda torpaq yatağında aparılan işlər tamamilə başa çatıb. Bütün işlər isə sentyabrda başa çatacaq”, - deyə o qeyd edib.