Muxtar respublikada soyuducu anbarlara 3 min tondan artıq kartof tədarük olunub - FOTOLAR

A- A A+

Naxçıvanda meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbulu davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 15-dən bu günə kimi anbarlara 3 min tondan artıq kartof tədarük olunub.

Hazırda muxtar respublikada ümumi tutumu 20 min 900 ton olan 48 soyuducu anbar fəaliyyət göstərir. Soyuducu anbarlarda məhsulların keyfiyyətinə, saxlanma temperaturuna xüsusi diqqət yetirilir.

Qeyd edək ki, anbarlara tədarük edilən məhsulu soyuducu kameralarda uzun müddət saxlamaq mümkündür. Soyuducu anbarlar daxili bazarı keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin etməklə yanaşı, xaricdən idxalın azalmasına, ixracın isə artmasına, qiymət artımının qarşısının alınmasına  münbit şərait yaradır.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” MMC tərəfindən meyvə və tərəvəz məhsullarının nağd alınaraq tədarük olunmasının istehsalçıların fəaliyyətini stimullaşdırması ilə yanaşı, əkin sahələrinin genişləndirilməsində də böyük əhəmiyyəti var. Bu günə kimi 147 sahibkardan 460 tondan artıq kartof alınaraq cəmiyyətin anbarlarına tədarük olunub.

Adilə Səfərova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: