Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hazırda rayonun Aşağı Əndəmic kəndində rabitə xətlərinin yenilənməsi və Yeni Nəsil Avtomat Telefon Stansiyasının qurulması istiqamətində işlər davam etdirilir.
Yeni sistem abunəçilərə telefon, genişzolaqlı internet xidmətləri ilə yanaşı, müasir rabitə xidmətlərinin göstərilməsinə də imkan verəcəkdir.
Rayonun kəndlərində yeni inşa olunan yaşayış binalarına və qurumlara rabitə xətləri çəkilir, sakinlərin internet xidmətləri ilə təmin olunması məqsədilə müvafiq işlər həyata keçirilir. Yeni inşa olunacaq kənd mərkəzində rabitə evinin də fəaliyyət göstərməsi nəzərdə tutulur. Aparılan quruculuq işləri çərçivəsində xətt təsərrüfatında əsaslı təmir işləri aparılır, kabel-kanalizasiya qurğuları inşa edilir, hava rabitə xətləri yeraltı xətlərlə əvəz olunur. Bir sıra yerlərdə uzun müddət istismar olunan və müxtəlif səbəbdən yarasız vəziyyətə düşən taxta rabitə dirəkləri dəmir dirəklərlə əvəz olunur, müxtəlif tutumlu yararsız kabellər yeni kabellərlə dəyişdirilir, yeni abonent qutuları və paylayıcı şkaflar əlavə edilməklə rabitə xətlərində olan digər nasazlıqlar aşkar edilərək bərpa edilir.
Abadlıq-quruculuq işləri çərçivəsində rayonun Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində də yenilənmə işləri görülür, rabitə infrastrukturunun yenidən qurulması istiqamətində müvafiq işlər həyata keçirilir.