"Ermənistanda yoxsulluq, işsizlik və iqtisadi tənəzzül durmadan artır" - Erməni iqtisadçı

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2021-ci ilin birinci yarısında sosial-iqtisadi böhran davam edir. Bu barədə "Ermənistan" blokunun deputatı, iqtisadçı, ARF Daşnatsutyun Partiyasının nümayəndəsi Tadevos Avetisyan məqaləsində yazıb.

Daşnak üzvü xatırladıb ki, 2021-ci ilin yanvar-iyun aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə müavinətlərdə, pensiyalarda, minimum əmək haqqında, dövlət qulluqçularının əsas əmək haqqında artımlar olmayıb. Həmçinin ölkə üzrə orta əmək haqqı sadəcə 5,4%, ərzaq məhsullarının qiymətləri 7,9%, o cümlədən çörək - 8,3%, süd məhsulları - 12,1%, şəkər - 41,7%, digər yeməli yağlar - 57,8%, yumurta - 48,8%, tərəvəz - 9% və s artıb".

Avetisyan qeyd edib ki, mənfi tendensiya hələ də davam edir və sonu görünmür: "Erməni dramının ABŞ dollarına nisbətdə 4,3% ucuzlaşmasına baxmayaraq, 2021-ci ilin iyul ayında göstərilən inflyasiya dərəcələri artıb və məzənnə 2020-ci ilin iyul ayındakı məzənnəyə bərabər olub. Vətəndaşların real gəlirləri durmadan azalır və yoxsulluq, o cümlədən işləyən insanlar arasında yoxsulluq həddindən artıq artmaqda davam edir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk altı ayında iqtisadi aktivlik göstəricisi 5% artıb. Yəni, 2021-ci ilin birinci yarısının məlumatlarına görə, aprel ayından etibarən iqtisadiyyatın məhdudlaşdırıldığı ötən ilə nisbətən, iqtisadiyyatın real həcmləri bərpa olunmayıb. 2020-ci ilin əvvəli ilə müqayisədə, son altı ay ərzində Ermənistanın xarici borcu 10,3% və ya təxminən 625 milyon dollar artıb. Xarici dövlət borcunun davamlı olaraq artması həm də ölkəmizin inkişaf etməsini daha da məhdudlaşdırır".

İqtisadçı bildirib ki, 2020-ci ilin iyun ayında qeydiyyata alınan işçilərin sayı 2021-ci ilin yanvar ayı ilə müqayisədə 45 356 artıb: "Bu aylar ərzində müvafiq hökumət orqanı tərəfindən təklif olunan vakansiyaların ümumi sayı 3913 idi. Əslində yeni qeydiyyatdan keçmiş işçilər arasında həqiqətən iş tapanların sayı maksimum 8,6%, qalanları isə əmək müqaviləsi olmayan işçilərdir. Qeydiyyata alınmış işçilərin sayının artması məşğulluğun artmasına mütənasib təsir göstərmir. Bu, əslində kölgə iqtisadiyyatının, kölgə məşğulluğunun artması deməkdir ki, bunun da ölkəyə, dövlət büdcəsinə heç bir xeyiri yoxdur. Yəni, qeydiyyatdan keçmiş işçilərin sayında artım tempi barədə rəsmi orqanların təqdim etdikləri rəqəmlər əslində manipulyasiyanın növbəti təzahürlərindən biridir. Ermənistanda davam edən böhran fonunda yeni bir mühacirət dalğası da başlayıb. 2021-ci ilin yanvar-iyun aylarında respublikanı tərk edən Ermənistan vətəndaşlarının sayı Ermənistana gələnlərin sayını 94,338 nəfər üstələyib".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: