60-dan çox tələbənin cəlb olunduğu “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində keçirilən növbəti təlim sona çatıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Maliyyə Tədris Mərkəzi tərəfindən Ağbulaq İstirahət Mərkəzində keçirilən təlim yekunlaşıb. 60-dan çox tələbənin cəlb olunduğu təlimdə  pulun formalaşması və yeni nəsil valyuta, büdcə nədir, büdcənin düzgün şəkildə idarə edilməsi, şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi, yığım və investisiyanın əhəmiyyəti və digər mövzular haqqında  ətraflı məlumat verilib. Növbəti mərhələdə tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. 

Müsabiqə xarakterli təlimdə uğur qazanmış komandalara, həmçinin təlimdə fəal iştirak edən tələbələrə Mərkəzin sertifikatları və hədiyyələr təqdim olunub.

"Gələcək üçün maliyyə" layihəsi çərçivəsində təşkil edilən təlimlərin, eləcə də tələbələrin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: