OPEC: 2022-ci ildə dünya bazarlarında xam neftə tələbat pandemiyadan əvvəlki səviyyəyə qalxacaq

A- A A+

OPEC gələn il dünya bazarlarında xam neftə tələbatın koronavirus pandemiyasından əvvəlki səviyyəyə qalxacağını bəyan edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat neft kartelinin aylıq hesabatında yer alıb. Hesabatda qeyd edilir ki, gələn il xam neftə gündəlik tələbat 3,3 milyon barrel artaraq 99,9 milyon barrelə çatacaq. 2022-ci ilin ikinci yarısında isə gündəlik tələbatın həcmi 100 milyon barrel həddini aşıb keçəcəkdir.

Beynəlxalq qurumun proqnozuna görə, böyük konyunktur paketləri sayəsində dünyada iqtisadi fəallıq artacaq və eyni zamanda, vaksinasiya kampaniyaları və daha təkmil müalicə üsulları sayəsində koronavirus pandemiyasını nəzarət altına almaq mümkün olacaqdır.

Bu il üçün isə OPEC öz gözləntilərini ötənaykı səviyyədə dəyişməz saxlayıb. Qeyd edilib ki, bu il xam neftə tələbat gündəlik 96,6 milyon barrel olmaqla 2020-ci ilin göstəricisindən 6 milyon barrel yuxarı olaraq qalacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: