Bu il rayonun Xıncab, Təzəkənd və Böyükdüz kəndlərində, ümumilikdə, 35 hektar sahədə tütün əkini aparılıb. Əkinlər “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti və fermerlər tərəfindən həyata keçirilir.
Qeyd edək ki, “Virciniya” və “Pirlep-66” tütün sortlarından istifadə olunub. Əkin üçün məhz bu kəndlərin ərazisinin seçilməsinin səbəbi burada torpaqların tütünçülük üçün əlverişli olması ilə bağlıdır. Bu tədbirlər həmin yaşayış məntəqələrinin əhalisinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərir.
Hazırda tütün sahələrində qırım işi davam edir. İndiyədək sahələrdən 64 ton 600 kiloqram məhsul götürülüb. Tədarük olunan tütün Tütünyetişdirmə Təsərrüfatındakı anbarlara gətirilir, düzülərək tütünqurutma yerində qurudulur.
"Yeni həyat" qəzeti