Muxtar respublikada 2021-ci ilin yanvar-iyul aylarında 1 milyard 603 milyon 721 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 3471,3 manata çatıb.
Sənaye üzrə isə 660 milyon 407 min 100 manat dəyərində məhsul istehsal edillib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.