Maliyyə nazirliyində iclas keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində iclas keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikası Maliyyə Naziri Rəfael Əliyev bildirib ki, 28 avqust 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirədə Ali Məclisin Sədri Maliyyə Nazirliyinə də bir sıra tapşırıqlar verib. Müşavirədə payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlərin maliyyələşdirilməsini təmin etmək, dövlət müəssisə və təşkilatlarında elektrik enerjisi və təbii qazdan qənaətlə istifadəyə, limitə və borc qalığının yaranmamasına nəzarət olunması nazirliyin qarşısına vəzifə kimi qoyulub.  

Nazir  bildirib ki, müşavirədə verilən  tapşırıqların icrası Maliyyə Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılacaq.

Rəfael Əliyev aid sahə rəhbərlərinə tapşırıb ki,  dövlət müəssisə və təşkilatlarında enerji daşıyıcılarından səmərəli istifadə təmin edilsin, bütün kommunal ödənişlərin vaxtında və tam ödənilməsi ilə borc qalığının yaranmasının qarşısı alınsın.

Bildirilib ki, istilik sistemləri olmayan müəssisələrə lazım olan mal-materialın alınması ilə bağlı maliyyələşmələr vaxtında həyata keçiriləcəkdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bölgüyə əsasən alınacaq mal-materialların qiymətlərinin bazar qiymətlərinə uyğunluğu Xəzinə şöbəsinin dövlət satınalmalarına nəzarət sektoru tərəfindən ciddi nəzarətdə saxlanılacaq, izafi xərclərin qarşısı alınacaqdır.

 Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: